Bu il üçün balıq ovunun miqdarı açıqlanıb

  • 20 Mart, 2019 12:17
Bu il üçün balıq ovunun miqdarı açıqlanıb

Nazirlər Kabineti 2019-cu il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı”nı təsdiqləyib.

“Finans.az” xəbər verir ki, balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvotanın) bölgüsü aşağıdakılardan ibarətdir:

1) Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar – 2 327,6 ton;

2) başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar -141,2 ton;

-3) elmi tədqiqat və nəzarət məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 11,4 ton;

4) təhsil və maarifləndirmə məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 10,4 ton;

5) akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 27,276 ton.

Balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar bu əlavə ilə müəyyən edilmiş ümumi ov həcminə daxil edilib.


Mənbə: report.az