Bu il TANAP-la Türkiyəyə nəql edilən qazın miqdarı açıqlanıb

  • 2 Oktyabr, 2018 14:16
Bu il TANAP-la Türkiyəyə nəql edilən qazın miqdarı açıqlanıb

Bu ilin sonuna Azərbaycan təbii qazını Trans Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə nəql edilən təbii qazın miqdarı 1 mlrd. kubmetr olacaq.

“Finans.az”ın məlumatına görə, bunu “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, TANAP-ın I hissəsi iyunun 30-da istismara veriləndən bu günə qədər boru kəməri ilə Türkiyəyə təxminən 400 mln. kubmetr qaz nəql edilib: “Bu miqdarın dekabr ayının sonunda1 mlrd. kubmetr olacağı nəzərdə tutulub”.

Z. Qəhrəmanov TANAP-la Türkiyəyə 2019-cu ildə 2 mlrd. kubmetr, 2020-ci ildə 4 mlrd. kubmetr, 2021-ci ildə isə 6 mlrd. kubmetr qazın veriləcəyini qeyd edib: “TANAP-ın Eskişəhərdən Türkiyə-Yunanıstan sərhəddinə qədər olan ikinci hissəsi üzrə işlərin 97%-nin tamamlanıbı və bu hissənin 2019-cu ilin I yarısında Trans Adriatik Boru Kəmərinə (TAP) qoşulmaq üçün hazır olacaq”.