Bu il TANAP-la 800 mln. kubmetrə yaxın qaz nəql olunub

  • 12 İyun, 2019 12:22
Bu il TANAP-la 800 mln. kubmetrə yaxın qaz nəql olunub

Bu ilin yanvar-may ayları ərzində Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə 790 mln. kubmetr Azərabaycan qazı (“Şahdəniz” yatağından hasil edilən) Türkiyəyə nəql edilib.

“Finans.az” xəbər verir ki, bu gün TANAP-ın Eskişəhərə qədər hissəsinin (Faza-0) açılış mərasiminin keçirilməsindən bir il ötür.

TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.


Mənbə: report.az