Bu il süni intellektə 35,8 milyard dollar investisiya ediləcək - PROQNOZ

  • 13 Mart, 2019 14:47
Bu il süni intellektə 35,8 milyard dollar investisiya ediləcək - PROQNOZ

Cari ildə süni intelekt sistemlərinə dünya üzrə xərclər 44% artaraq 35,8 milyard ABŞ dollarına çatacaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, “IDC” təhlil şirkətinin proqnozlarına əsasən 2022-ci ilə bu xərclər 2 dəfən çox artmaqla 79,2 milyard dollar olacaq.

Hazırda süni intelektə xərclər üzrə lider sektor riteyldır. Bu sahənin nümayəndələri 2019-cu ildə müştərilərin xidməti üzrə avtomatlaşdırılmış assistent, alışlar üzrə peşəkar məsləhətçilər kimi həllərə 5,9 milyard dollar investisiya edəcəklər.

Bank əməliyyatları seqmenti 5,6 milyard dollar həcmində investisiyalarla ikinci olacaq. İlk beşliyə müvafiq olaraq diskret istehsal, səhiyyə və emal sənayesi daxildir.