Bu il qatlanan smartfonlar içində “Honor”un adı olmayacaq

  • 27 Fevral, 2019 18:50
Bu il qatlanan smartfonlar içində “Honor”un adı olmayacaq

“Honor”un “Huawei” şirkətinə aid olmasına baxmayaraq bir neçə xüsusiyyətlərinə görə həm də ayrı şirkətdir.

“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, buna görə də “Huawei”in verdiyi qərarların “Honor”a da aid olmasını demək olmaz.

Belə ki, bu il “Honor”un qatlanan smartfonu olmayacaq. Çünki bu şirkətin məhsulları sırf gənc alıcılara nəzərdə tutulduğundan qatlanan telefonların detalları baha olur və beləliklə də smartfonun daha baha qiymətə satılmasına səbəb olur. Ona görə də belə bir smartfonun istehsalı imkansızdır.

Bu o demək deyil ki, şirkət ümumiyyətlə qatlanan telefonlarla bağlı düşünmür. Şirkətin baş direktoru George Zhao bildirib ki, qarşıdakı ildə ucuz qiymətə qatlanan telefon istehsal etməyin yolunu tapacaqlar.

Hazırda şirkət 5G-ni dəstəkləyən smartfonlar üzərində çalışır və bu brendi bu il təqdim edəcək.