Bu il neçə azərbaycanlı Türkiyədə ev alıb?

  • 20 Avqust, 2019 16:30
Bu il neçə azərbaycanlı Türkiyədə ev alıb?

Bu ilin iyul ayında 92 nəfər Azərbaycan vətəndaşı Türkiyədə mənzilə sahib olub.

Bu barədə “Finans.az” Türkiyənin Statistika İdarəsinə istinadən məlumat verir. Bu, ötən ilin iyul ayı ilə müqayisədə 19 mənzil və ya 26% çoxdur.

Bu ilin yanvar-iyul aylarında isə 623 nəfər Azərbaycan vətəndaşı qardaş ölkədə mənzil və əmlaka yiyələniblər. Bu isə ötən ilin 7 ayı ilə müqayisədə 136 mənzil və ya 28% çoxdur.

Ümumilikdə isə ötən ay 4 241, bu ilin yanvar-iyul aylarında isə 24 410 xarici vətəndaş Türkiyədə mənzil alıb.

Ən çox mənzil alan xarici vətəndaş arasında İraqlılardır. İyulda İraqlılar 2 571, bu ilin 7 ayında isə 4 071 mənzil əldə ediblər. Sonrakı yeri İranlılar tutur. Bu ölkənin vətəndaşları iyulda 1 265, yanvar-iyul aylarında isə 2 666 mənzil satın alıblar.