Bu il benzin 4,3% bahalaşacaq - Rusiyada

  • 27 Fevral, 2019 09:21
Bu il benzin 4,3% bahalaşacaq - Rusiyada

Rusiyada benzinin qiyməti 2019-cu ildə 4,3%-dən çox artmayacaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Aleksandr Novak deyib.

Onun sözlərinə görə, cari ilin ilk iki ayı ərzində yanacaq 1,7% civarında bahalaşıb ki, bu da ƏDV-nin 18%-dən 20%-ə kimi artırılması ilə bağlı olub.

Nazir xatırladıb ki, 2018-ci ilin mayında pərakəndə bazarda qiymətlər 10%-ə kimi artanda bazarda kifayət qədər mürəkkəb vəziyyət yarandı. O, həmin vaxt hökümətin operativ qərar qəbul edərək 1 iyuldan benzinə və dizel yaqnacağına aksizi azaltdığını vurğulayıb.