Bu il Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neft nəql ediləcək

  • 21 Yanvar, 2021 10:30
Bu il Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neft nəql ediləcək

Rusiyanın "Transneft" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neftin nəqli ilə bağlı müqavilə imzalayıb.

“Finans.az”ın məlumatına görə, bu barədə "Transneft" prezidentinin İqor Demin deyib.

Fevral ayında həmin neft kəməri ilə 85 min ton Azərbaycan neftinin nəqli planlaşdırılır.

2020-ci ildə SOCAR Bakı-Novorossiysk kəməri ilə 613 min ton neft nəql edib.


Mənbə: az.trend.az