Gələn il Bakı metrosunda 2 stansiya açılacaq

  • 8 Noyabr, 2018 15:43
Gələn il Bakı metrosunda 2 stansiya açılacaq

Hazırda metropolitenin III, Bənövşəyi xəttinin tikintisi davam etdirirlir və gələn ilin sonuna kimi ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.

“Finans.az" xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov metropoliten işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, burada çətinlik ondan ibarətdir ki, metropolitenin baş layihəçisi olan Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verməklə məşğul olub: “Qısa müddətdə "Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttinin digər stansiyalarının tikintisində işlər lazımlı səviyyədə aparılır”.