Bu il Azərbaycanın neft kəmərləri ilə 27 milyon tona yaxın neft nəql olunub

  • 16 Oktyabr, 2020 12:36
Bu il Azərbaycanın neft kəmərləri ilə 27 milyon tona yaxın neft nəql olunub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 26,577 milyon ton neft nəql edilib.

“Finans.az”ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 79,6%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin 9 ayında neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 9,5% azalıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində BTC vasitəsilə 21,147 mln ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 10,6% azdır.

Dövr ərzində BTC kəməri ilə 3,053 mln ton (11,02% az) tranzit nefti də nəql edilib.