Bu il Azərbaycanda tikilən yolların uzunluğu açıqlanıb

  • 22 Fevral, 2021 11:47
Bu il Azərbaycanda tikilən yolların uzunluğu açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2020-ci il ərzində 1385,3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

"Finans.az"ın məlumatına görə, Respublika əhəmiyyətli 254,6 km, yerli əhəmiyyətli 767,2 km, Bakı şəhəri üzrə 342,1 km, Sumqayıt şəhərində 21,4 km yol tikilib və təmir edilib.