Bu il Azərbaycanda QAZ markalı müxtəlif avtomobillər yığıla bilər

  • 19 Fevral, 2020 15:46
Bu il Azərbaycanda QAZ markalı müxtəlif  avtomobillər yığıla bilər

“Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın Qorki Avtomobil Zavodu (QAZ Qrup) ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə zavodun tikintisi başa çatmaq üzrədir”.

“Finans.az” xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, zavod üçün avadanlıq sifariş verilib: “Yaxın zamanlarda avadanlıq gətiriləcək və quraşdırılacaq. Mart ayına qədər avadanlığın quraşdırılması prosesi başa çatacaq. Test rejimində avadanlığın işlədilməsi və yığım işlərinə başlanılması gözlənilir. İşlər sürətlə getsə, bu il zavodda ilk məhsul buraxıla bilər”.

Xatırladaq ki, 2019-cu il fevralın 9-da kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Zavodun dəyəri 14 milyon manatdır. Burada ildə təxminən 1 000 ədəd QAZ markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq. Zavodda 100 nəfərin işlə təminatı nəzərdə tutulur.


Mənbə: report.az