Bu il Azərbaycanda 26,1 mln ton neft hasil edilib

  • 17 Oktyabr, 2020 15:56
Bu il Azərbaycanda 26,1 mln ton neft hasil edilib

Bu ilin yanvar-sentyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 26,1 mln ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə “Finans.az” Energetika Nazirliyinin bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlara əsasən xəbər verir.

Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,1 mln ton az olub.

Respublika üzrə neft hasilatının 17,8 mln tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,7 mln tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə (kondensatla birlikdə) 5,6 milyon ton təşkil edib.


Mənbə: report.az