Bu il Azərbaycan qızıl ixracını 12%-dək artırıb

  • 29 Aprel, 2020 13:50
Bu il Azərbaycan qızıl ixracını 12%-dək artırıb

Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 9 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

“Finans.az”ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda deyilir.

Bu, 2019-cu ilin mart ayının göstəricisi ilə müqayisədə 3,3 mln. ABŞ dolları və ya 26,8% azdır.

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 36,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8 mln. ABŞ dolları və ya 11,7% çoxdur.

Qeyd edək ki, 2019-cu ilin mart ayında Azərbaycan 12,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Ötən ilin yanvar-mart aylarında Azərbaycanın qızıl ixracının dəyəri 32,5 mln. ABŞ dolları təşkil edib.


Mənbə: report.az