Bu il Avropada satılan hər 4 elektromobildən biri "Tesla" olub

  • 23 Avqust, 2019 13:15
Bu il Avropada satılan hər 4 elektromobildən biri

Cari ilin 7 ayı ərzində ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" şirkəti Qərbi Avropada 49 200 ədəd elektomobil satıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, hesabat dövründə toplam olaraq 182 min elektrikli avtomobil satılıb. Beləliklə ABŞ şirkətinin bazar payı 27% təşkil edib.

Qeyd edilir ki, bu satış templəri saxlanılacağı təqdirdə ilin sonuna kimi "Tesla"nın satış həcmləri 80 000 ədəd həddində olacaq.

2019-cu ildə ilk dəfə olaraq Qərbi Avropada elektromobil satışlarının 300 000 ətrafında olacağı da gözlənilir.