Bu il 500 fermerə 15 milyon manat kredit verilib - Azərbaycanda

  • 5 Sentyabr, 2019 14:51
Bu il 500 fermerə 15 milyon manat kredit verilib - Azərbaycanda

Bu il Azərbaycanda aqrar sahədə nağd kreditlərin məbləği 15 mln. manatın üzərindədir və təxminən 500 fermer bu kreditlərdən yararlanıb.

"Finans.az"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, əsas maraqlı göstərici ondan ibarətdir ki, artıq fermerlərə banklar tərəfindən kiçik həcmli kreditlərin də, yəni 20-35 min manat həcmində olan kreditlərin də verilməsinə başlanılıb.

"Bu onun göstəricisidir ki, artıq banklarda təcrübə formalaşıb və onlar fermerlərə kreditlərin verilməsində maraqlıdır. Yəni əvvəllər bu rəqəmlər çox məhdud sayda, təxminən 200 min manat ətrafında dəyişən kreditlər idisə, indi kreditlər kiçik fermerlər üçün də əlçatan olub", - deyə M. Əliyev qeyd edib.


Mənbə: apa.az