Bu həftə Bilgəh sakinləri əmlaklarına çıxarış ala biləcək

  • 11 Fevral, 2019 14:14
Bu həftə Bilgəh sakinləri əmlaklarına çıxarış ala biləcək

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının budəfəki ünvanı Bilgəh qəsəbəsidir.

Komitədən “Finans.az”a verilən məlumata görə, xidmətlərdən yararlanmaq istəyən qəsəbə sakinləri bu gündən 15 fevral tarixinədək saat 9:00-dan 17:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azad qadın küçəsi 298 (142 nömrəli məktəbin qarşısı) ünvanında fəaliyyət göstərən səyyar ofisə yaxınlaşa bilər.

Səyyar ofislərin müasir formada təşkili ilə qeydiyyat xidmətləri müvafiq qurumlardakı kimi göstərilir. Sürətli və operativ qeydiyyat xidmətləri ilə yanaşı, sakinlər hüquqi xidmətlərdən də istifadə edir.