Bu gündən 1 milyon manatdan çox qalıq vəsaiti olan mikro sahibkarlar əmlak vergisi ödəyəcək

  • 1 Yanvar, 2020 15:04
Bu gündən 1 milyon manatdan çox qalıq vəsaiti olan mikro sahibkarlar əmlak vergisi ödəyəcək

Bu gündən Azərbaycanda mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan çox olan mikro sahibkarlar əmlak vergisi ödəməli olacaqlar.

“Finans.az” xəbər verir ki, bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Buna əsasən, müəssisənin mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyonmanatdan artıq olduğu halda, həmin müəssisə ümumi qaydada əmlak vergisini hesablayıb ödəməlidir. Göründüyü kimi, müəssisənin balasında olan avadanlığın əvvəlki ilin sonuna qalıq dəyəri 1 milyon manatdan artıq olduğundan, mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlak vergisi üzrə azadolma sizin müəssisəyə şamil olunmur.

Xatırladaq ki, indiyə qədər qüvvədə olan qaydalara görə, mikro sahibkarlıq subyekti olan bütün şəxslər əmlak vergisi ödəməkdən azad olub.


Mənbə: report.az