Bu gün Yasamal ərazisində işıq olmayacaq

  • 21 Aprel, 2020 10:57
Bu gün Yasamal ərazisində işıq olmayacaq

Bu gün saat 10.30-dan 12.00-dək Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov, Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.

“Finans.az” xəbər verir ki, bunu “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə 669 saylı transformator məntəqəsində yenidənqurma və cari təmir işləri ilə əlaqədardır.