Bu gün 3 rayonda qaz olmayacaq

  • 2 Oktyabr, 2019 10:12
Bu gün 3 rayonda qaz olmayacaq

Bu gün səhər saat 08:30-dan 19:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərini icra edəcək.

Bu barədə “Finans.az”a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu zaman Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bundan başqa, adı çəkilən idarənin “Şamaxı” Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.