Bu da “Windows 10”un yenilənmiş “Start” menyusu

  • 11 Fevral, 2019 09:36
Bu da “Windows 10”un yenilənmiş “Start” menyusu

“Microsoft” şirkəti “Windows 10” əməliyyat sistemində “Start” menyusunun yenilənməsi üzərində çalışır.

“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, menyunun yenilənmiş versiyası - 19H2 payız aylarında istifadəçilərə təqdim ediləcək.

Yenilənmiş menyuda heç bir hərəkətli kublar olmayacaq. Bunların əvəzinə isə istifadəçilərin yaxın zamanda çalışdığı fayl, proqram və sənədlər olacaq. Lakin bu o demək deyil ki, kompüterdə proqramlar olmayacaq. Yenilənmiş “Windows 10” vizual olaraq hazırkı “Windows 10”dan elə də fərqlənməyəcək.