Bu bankda pulu qalanların nəzərinə: Geri qaytarılır

  • 21 Fevral, 2020 17:17
Bu bankda pulu qalanların nəzərinə: Geri qaytarılır

Fevralın 28-dən ləğv prosesində olan "Royal Bank" ASC-nin növbəlikdə sonuncu olan təminatsız kreditorların tələblərinin növbəti ödənişinə başlanacaq.

"Finans.az" xəbər verir ki, bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) kreditorlara müraciətində bildirilir.

Qurum bəyan edib ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Kreditorlar pulu almaq üçün ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etməlidir.