Bu bankda pulu olanların nəzərinə: GERİ QAYTARILACAQ

  • 12 İyun, 2019 10:47
Bu bankda pulu olanların nəzərinə: GERİ QAYTARILACAQ

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Royal Bank” ASC-nin kreditorlarına müraciət edib.

“Finans.az” Fonda istinadən xəbər verir ki, müraciətdə növbəlikdə sonuncu sırada olan təminatsız kreditorlara iyunun 18-dən növbəti ödənişin həyata keçirilməsinə başlanılacağı bildirilir.

Ödəniş nağdsız qaydada olacaq. Kreditorlar ADIF-in Bakı şəhəri, Xətao rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etməlidirlər.