Bu bank əmanət faizlərini 3 dəfə azaldıb

  • 3 Sentyabr, 2019 12:50
Bu bank əmanət faizlərini 3 dəfə azaldıb

"AtaBank" ASC avqust ayı ərzində əhalidən cəlb olunan əmanətlər üzrə faiz dəcəsinin aşağı həddini 3 dəfə azaldıb.

"Finans.az" bankın açıqladığı göstəricilərə əsasən xəbər verir ki, "AtaBank" əhalidən cəlb olunan müddətli (12 aylıq), minimal tələbi 1000 manatı aşmayan əmanətlər üzrə illik faiz dərəcələrininin aşağı həddini (hər ay götürüldükdə) 9%-dən 3%-ə, yuxarı həddini (müddətin sonunda götürüldükdə) isə 10%-dən 4,5%-ə endirib.

Həmçinin sözügedən bankda xarici valyutada cəlb olunan əmanətlər üzrə də faiz dərəcələrində azalmalar müşahidə olunub. Belə ki, dollar valyutasında əmanətlər üzrə faiz dərəcəsi 2-2,5%-dən 0,25-1,5%-ə, avro valyutasında isə 0,75-1,25%-dən 0,25-0,75%-ə endirilib.

Qeyd edək ki, bir sıra digər banklarda əmanət faizlərində azalmalar qeydə alınıb. Belə ki, "Beynəlxalq Bank" milli valyutada olan əmanətlər üzrə faiz dərəcəsini 8,5-9%-dən 8,25-8,75%-ə, "Bank Respublika" 9-9,5%-dən 8,5-9%-ə, "Bank of Baku" isə dollar valyutasında olan əmanətlər üzrə faiz dərəcəsini 2,5-2,6%-dən 2-2,05%-ə endirib.