Bu, Azərbaycanda real çalışan ilk blokçeyn əsaslı platforma olacaq

  • 14 İyun, 2019 16:02
Bu, Azərbaycanda real çalışan ilk blokçeyn əsaslı platforma olacaq

Dövlət Gömrük Komitəsi blokçeyn texnologiyasına əsaslanan, dünyada yük daşımalarında şəmərəli, şəffaf və təhlükəsiz məlumat platforması olan TradeLens-ə qoşulub.

TradeLens dünyanın ən tanınmış logistika şirkəti olan Maersk və IBM şirkəti tərəfindən birgə işlənib.

"Finans.az" xəbər verir ki, ekspert Osman Gündüzün sözlərinə görə, layihə uğurla reallaşarsa, bu, Azərbaycanda real olaraq işləyən ilk blokçeyn əsaslı platforma olacaq.

Ekspert Osman Gündüz

Bu texnologiya əsasında işləyən platformada daşınan yüklərlə bağlı məlumatlara tərəflərin hər hansı müdaxiləsi mümkün olmayacaq. Düşünürəm ki, bu anlaşma - ən müasir texnologiya ilə çalışan dünyaca tanınmış rəqəmsal platformaya qoşulmaq Dövlət Gömrük Komitəsi üçün, bütövlükdə Azərbaycan üçün böyük uğurdur. İndiyədək bu istiqamətdə reallığa daha yaxın olan işlər Mərkəzi Bank, İBM, Lenovo və Nutanix şirkətlərindən ibarət konsorsiuma məxsus idi.