“British Airways” 20 milyon funt sterlinq cərimələnib

  • 17 Oktyabr, 2020 10:41
“British Airways” 20 milyon funt sterlinq cərimələnib

İngiltərənin milli aviadaşıyıcısı “British Airways” təxminən 400 min müştərisinin məlumatlarını qoruya bilmədiyinə görə 20 milyon funt sterlinq cərimə ödəyəcək.

“Finans.az” xəbər verir ki, İngiltərənin audit qurumu İnformasiya Komissiyası Ofisi (ICO) 2018-ci ildə baş verən kiber hücumla bağlı tədqiqatlarını yekunlaşdırıb.

Məlumata görə, “British Airways”ə 183 milyon funt sterlinq cəza verilməsi gözlənsə də, koronavirus pandemiyasının aviasiya sektoruna təsiri cəzanın aşağı salınmasına səbəb olub.

"Təşkilatlar insanların şəxsi məlumatları ilə bağlı qeyri-kafi qərarlar verdikdə, bu insanların həyatına böyük təsir göstərir",- deyə ICO-nun komissarı Elizabet Denman bildirib.

Qeyd edək ki, 2 il əvvəl reallaşan kiber hücumlar zamanı təxminən 400 min müştərinin adları, internetə giriş parolları, ünvanları, kredit kartı məlumatları oğurlanıb.


Mənbə: report.az