Britaniyadan oliqarxları məyus edəcək addım - sabahdan dayandırılır

  • 6 Dekabr, 2018 10:07
Britaniyadan oliqarxları məyus edəcək addım - sabahdan dayandırılır

Böyük Britaniya hakimiyyəti sabahdan investor vizalarının verilməsinin dayandıracaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu addım krallıq ərazisində mütəşəkkil cinayətkarlıq və çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə edilir.

Qeyd olunur ki, Boyük Britaniyada daimi yaşamaq icazəsi almağa və daha sonra sadələşdirilmiş prossedurla Britaniya pasportu əldə etmək imkanı verən bu vizanın dayandırılması oliqarxlar üçün “zərbə” olacaq.

Britaniya iqtisadiyyatına 2 mln. funt sterlinq investisiya təkcə viza yox həmdə ölkədə 5 il yaşadıqdan sonra daimi yaşamaq icazəsinin alınmasına imkan verirdi. İnvestisiyaların həcmi 5 milyon və ya 10 milyon funt sterlinq olduqda bu müddət müvafiq olaraq 32 ilə kimi azalırdı.

Cari ilin ilk səkkiz ayı ərzində ölkənin imiqrasiya hakimiyyəti 361 investor vizası verib.

Xatırladaq ki, bu ilin may ayında Böyük Britaniya milyarder Roman Abramoviçin investor vizasının uzadılmasına dair müraciətinə rədd cavabı verdi. Abramoviç öz müraciətini geri çağıraraq İsrail vətəndaşlığı almaq üçün müraciət etdi və qısa zamanda müsbət cavab aldı.