Britaniya 5G şəbəkələrində “Huawei” avadanlığının quraşdırılmasını qadağan edəcək

  • 30 Noyabr, 2020 16:08
Britaniya 5G şəbəkələrində “Huawei” avadanlığının quraşdırılmasını qadağan edəcək

Böyük Britaniya hökuməti yerli operatorların 2021-ci ilin sentyabr ayından etibarən 5G şəbəkələri üçün “Huawei” şirkətinin avadanlığının quraşdırılmasını dayandırmasının lazım olduğuna qərar verib.

“Finans.az” xəbər verir, bu barədə “Reuters” məlumat yayıb.

Hələ yayda Britaniya hökuməti milli beşinci nəsil (5G) mobil əlaqə şəbəkələrinin inşasında Çinin “Huawei” şirkətinin avadanlıqlarından istifadəyə qadağa qoyulduğunu elan etmişdi. O zaman Britaniyanın Rəqəmsal və Media Sənayesi, Mədəniyyət və İdman Nazirliyindən verilən açıqlamada 2020-ci ildən sonra “Huawei”dən 5G avadanlığının alınmasının qadağan ediləcəyi bildirilmişdi.

Ümumilikdə 2027-ci ilin sonuna qədər bütün “Huawei” avadanlıqları Britaniyanın 5G şəbəkələrindən çıxarılmalıdır.


Mənbə: report.az