“Brent” neftinin qiyməti 72 dollardan yuxarı olacaq - PROQNOZ

  • 15 Aprel, 2019 16:18
“Brent” neftinin qiyməti 72 dollardan yuxarı olacaq - PROQNOZ

“Goldman Sachs” analitikləri II rübdə “Brent” markalı xam neftin bir barelinin qiymətini daha əvvəl proqnozlaşdırılan 65 dollardan 72,5 dollara qədər artırıblar.

“Finans.az” xəbər verir ki, analitiklərin fikrincə, bu, OPEC+ ölkələri tərəfindən hasilatın məhdudlaşdırılması ilə bağlı sazişin yaxşı yerinə yetirilməsi, ABŞ-ın Venesuela və İrana qarşı sanksiyalarının sərtləşdirilməsi, həmçinin ABŞ-da yalnız şist neftinin istehsalının artması ilə bağlıdır. Mütəxəssislərin fikrincə, qlobal bazarda kəsir gözləniləndən daha böyükdür.

Onlar proqnozlaşdırırlar ki, orta hesabla bu il “Brent” markalı neftin qiymətinin bir bareli daha öncə gözlənilən 62,5 dollara qarşı 66 dollar olacaq. WTI markalı neftin bir barelinin qiyməti isə daha əvvəlki qiymətləndirmə olan 55,5 dollara qarşı 59,5 dollar təşkil edəcək.

Analitiklərin proqnozunda 2020-ci il üçün “Brent”in proqnozu dəyişməz qalır – bir barel üçün 60 dollar. WTI üçün isə bir barelin proqnozu daha əvvəl təklif edilən 54,5 dolların əvəzinə 55,5 dollara qədər artırılır.


Mənbə: report.az