"Brent" neftinin qiyməti 36 dollardan yuxarı qalxıb

  • 21 May, 2020 08:50

Dünya birjalarında neftin qiyməti artıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,42 ABŞ dolları və ya 1,25% artaraq 33,91 dollar təşkil edib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,48 dollar və ya 1,34% artaraq 36,23 dollar təşkil edib.