“Brent” neftinin qiyməti 62 dolları keçdi

  • 11 Yanvar, 2019 12:53
“Brent” neftinin qiyməti 62 dolları keçdi

“Brent” neftinin qiyməti bahalaşaraq 62 dolları keçib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ilin martında çatdırılma ilə “Brent” markalı neftin fyuçers dəyəri London birjasındakı ticarət gedişatında 0,9% bahalaşaraq Bakı vaxtilə saat 11.14-ə bir barel üçün 62,22 dollar olub.

Qeyd edək ki, sonuncu dəfə 10 dekabr 2018-ci tarixində neftin qiyməti 62 dollardan yuxarı olub.