BP gələn il AÇG və “Şahdəniz”də bir platformada təmir aparacaq

  • 18 Dekabr, 2019 17:33
BP gələn il AÇG və “Şahdəniz”də bir platformada təmir aparacaq

Gələn il BP şirkəti operatoru olduğu Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağı və "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda bir platformada planlaşdırılmış təmir-sazlama işləri həyata keçirəcək.

“Finans.az”ın xəbər verir ki, bunu jurnalistlərə açıqlamasımda BP-in Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, “Şahdəniz” yatağında təmir-sazlama işləri "Alfa" platformasında aparılacaq və bununla bağlı planlaşdırılmış dayandırılma gələn ilin ikinci yarısında nəzərdə tutulur.

BP rəsmisi bildirib ki, AÇG blokunda təmir sazlama işləri isə “Çıraq” platformasında həyata keçiriləcək və burada da bu işlər gələn ilin ikinci yarısında planlaşdırılıb.

"Platformaların dayanma müddəti aparılacaq işlərin həcmindən asılı olacaq", - deyə B. Aslanbəyli əlavə edib.


Mənbə: report.az