Böyük Britaniyada “tax free”yə dair mübahisələr qızışır

  • 22 Sentyabr, 2020 17:17
Böyük Britaniyada “tax free”yə dair mübahisələr qızışır

Böyük Britaniya hökumətinin 31 dekabr tarixindən əcnəbilər üçün "tax free" sistemini ləğv etmək planı turizm sahəsində sərt tənqidlərə səbəb oldu.

“Finans.az” xəbər verir ki, bu planın həyata keçirilməsi nəticəsində ölkənin külli miqdarda mənfəətdən məhrum olacağı bildirilir. “Mark & Spencer”, “Heatrow”, “Selfridges” şirkətlərinin rəhbərləri tərəfindən hökumətə ünvanlanmış məktuba görə 70 min iş yeri təhlükə altına düşəcək.

Məktub müəllifləri hər il Aİ üzvü olmayan ölkələrdən gələn turistlərin 3,5 milyard funt məbləğində alış-veriş edərək həmin vəsaitin vergisini geri aldıqları halda hökumət ifrat maliyyə itkilərinə məruz qalması, üstəlik burada dələduzluq fürsətlərinin də geniş olması qənaətinə gəlib.

“Verginin qaytarılması ləğv olunarsa, Böyük Britaniya Avropanın yeganə "tax free"dən məhrum ölkəsi olacaq. Nəticədə pandemiyadan zərər çəkmiş turizm sektoruna daha bir zərbə vurulacaq, turistlər alış-veriş üçün Parisə, Milana, Madridə üz tutacaqlar”, – deyə məktubda vurğulanır.

“VisitBritain” xəbər verir ki, 2018-ci ildə Birləşmiş Krallığa gələn əcnəbi turistlər 6 milyard funt məbləğində alış-veriş ediblər. Qanunla bunun 3,5 milyard funtuna "tax free" qaydası tətbiq edilməlidi, halbuki əslində 2,5 milyard funtluq alış-verişdən əlavə dəyər vergi geri qaytarılıb. Hazırda ölkədə "tax free" qaydası 30 funt və daha artıq məbləğdə alış-verişlərə şamil olunur. Əlavə dəyər vergisi isə 20 faizdir. Bu qayda ilə alınan mallar Birləşmiş Krallıqda istifadə olunmamalıdır.


Mənbə: report.az