Böyük Britaniyada karbon vergisi tətbiq edilə bilər

  • 9 Oktyabr, 2020 14:42
Böyük Britaniyada karbon vergisi tətbiq edilə bilər

Böyük Britaniya Maliyyə Nazirliyi yeni karbon vergisi layihəsi üzərində işlər aparır.

“Finans.az” xəbər verir ki, iqtisadiyyatın dirçəlməsi və daha yüksək ekoloji səviyyəyə gətirilməsi üçün əlavə vəsait cəlb etməyi hədəfləyən yeni verginin istilik qazları tullantılarını azaltmağı nəzərdə tutan mövcud proqramları əvəzləyəcəyi gözlənilir. Belə ki, həmin proqramların müddəti “Brexit”lə bağlı keçid dövrü başa çatandan sonra bitəcək.

İqtisadiyyatın qaz. Kənd təsərrüfatı kimi bir sıra sektorlarında tətbiq ediləcəyi gözlənilən yeni vergi sayəsində 2030-cu ilədək 25 milyard funt (32 milyard ABŞ dolları) məbləğində əlavə vəsait cəlb olunacağı ehtimal olunur.

Bundan əvvəl hökumət 2050-ci ilədək insan mənşəli istilik qazları buraxılmasını səfərlamaq hədəfin açıqlamışdı. Ötən il hazırlanmış “Təmiz sıfır” adlı proqram çərçivəsində Böyük Britaniyanın atmosfer havasına zərərli tullantılarını ardıcıl olaraq azaldan texnologiyalar mərhələli şəkildə tətbiq olunmalıdır. Həmçinin 2035-ci ildən ölkədə benzin, dizel və hybrid avtomobillərinin satışına, habelə kömür sobaları və isinmə sistemlərindən istifadə olunmasına qadağa qoymaq nəzərdə tutulur.


Mənbə: report.az