Böyük Britaniyada benzinin qiyməti 1 funta düşdü

  • 7 Aprel, 2020 15:32
Böyük Britaniyada benzinin qiyməti 1 funta düşdü

Böyük Britaniyanın yanacaqdoldurma məntəqələrində 2016-cı ildən bəri ilk dəfə benzinin 1 litri 1 funt sterlinqə düşüb. Bu barədə BBС məlumat verib.

"Finans.az" bildirir ki, mart ayında Səudiyyə Ərəbistanı ilə Rusiya arasında qiymət müharibəsi başlayandan sonra neftin qiyməti kəskin azalıb. Hazırda Şimali İrlandiyada və Birminhem yaxınlığında yanacaqdoldurma məntəqələrində 1 litr benzinin qiyməti 1 funt sterlinqdən də aşağı enib.

Xatırladaq ki, Böyük Britaniyanın Benzinin Pərakəndə Satış Assosiasiyası benzin satışının azalması və iş yerlərinin bağlanması səbəbindən bir çox yanacaqdoldurma məntəqəsinin növbəti həftələrdə qapadılacağını bəyan edib.

Aynurə Niyazqızı


Mənbə: bbc.com