Böyük bank 4000 işçisini ixtisar edəcək - RƏSMİ AÇIQLADI

  • 6 Avqust, 2019 10:01
Böyük bank 4000 işçisini ixtisar edəcək - RƏSMİ AÇIQLADI

Dünyanın və Böyük Britaniyanın aparıcı bank qrupu "HSBC" 4 min işçisini ixtisar edəcək.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bankın etdiyi rəsmi açıqlamada qeyd olunub. Məlumata əsasən ixtisarlar əsasən rəhbət vəzifələr üzrə aparılacaq. Şirkətin maliyyə üzrə direktoru İvn Stivenson işdən çıxarılanlara 650-700 milyon dollar kompensasiya ödəniləcəyini deyib.

Qeyd edək ki, eyni zamanda şirkətin baş direktoru Con Flint vəzifəsindən istefa verib.