“BOKT Embafinans” 1 milyon manat cəlb edib

  • 30 Aprel, 2019 09:57
“BOKT Embafinans” 1 milyon manat cəlb edib

29 aprel 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) “BOKT Embafinans MMC”-nin 1 000 000 AZN həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Finans.az" BFB-yə istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olub və 2 investor tərəfindən 2 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 000 000 AZN olub. İstiqrazların ödəmə tarixi isə 29 aprel 2020-cu ildir.