“Boeing” iki gündə bazar dəyərinin 11%-ni itirdi

  • 13 Mart, 2019 10:09
“Boeing” iki gündə bazar dəyərinin 11%-ni itirdi

ABŞ-ın “Boeing” şirkətinin kapitallaşması ötən bazar Efiopiyada “Boeing 737 Max” təyyarəsinin qəzaya uğramasından sonra 26 milyard ABŞ dolları həcmində azalıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı Nyu-York birjasında ticarət sonunda şirkətin səhmləri 6,15% ucuzlaşaraq 375,41 dollara kimi azalıb. İki günün (bazar ertəsi, çərşənbə axşamı) nəticələrinə görə səhmlər 11% ucuzlaşıb. Beləliklə “Boeing” kapitallaşması 212,1 milyard dollara düşüb.

Xatırladaq ki, son qəzadan sonra bir çox ölkə və aviaşirkət bu model təyyarələrin uçuşlarını dayandırdı.