BNA-nın ictimaiyyətlə əlaqələrindən bu xanım məsul olacaq - TƏYİNAT

  • 17 Yanvar, 2019 17:26
BNA-nın ictimaiyyətlə əlaqələrindən bu xanım məsul olacaq - TƏYİNAT

Bakı Nəqliyyat Agentliyində (BNA) yeni təyinat olub.

"Finans.az" xəbər verir ki, Rəvanə Əliyeva qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu vəzifəyə qədər BNA-nın eyni sektorunda baş məsləhətçi olaraq çalışıb. Daha əvvəl isə Binəqədi Rayon İcra Hakimiyyətində baş məsləhətçi və məsləhətçi, "Medeks" MMC-də brend menecer, "International Preschool Institution"da isə menecer vəzifələrində olub.