“Bizim Market”də rəhbər vəzifəyə təyinat olub

  • 15 Noyabr, 2019 09:58
“Bizim Market”də rəhbər vəzifəyə təyinat olub

“Bizim Market” supermarketlər şəbəkəsinin Marketinq departamentinə yeni direktor təyin olunub.

"Finans.az" xəbər verir ki, bu, Pərviz Əzimovdur.

P. Əzimov eyni zamanda “Bizim Market” ilə eyni ailənin üzvü olan “Novas Home” brendinin də marketinq direktoru olaraq çalışacaq.

Qeyd edək ki, P. Əzimov 2012-2013-cü illərdə "Azərbaycan Avropa Hərəkatı"nda ictimaiyyətlə əlaqələr mütəxəssisi, 2013-2014-cü illərdə "OnMedia" şirkətində marketinq mütəxəssisi vəzifələrində çalışıb. Həmçinin o, 2014-2016-cı illərdə "TIMWE" şirkərinin, 2016-2018-ci illərdə "Technol", 2018-2019-cu illərdə isə "Embawood" şirkətinin Marketinq departamentinin direktoru olub.

Xatırladaq ki, P. Əzimov 2016-cı ildə çap olunan “Rəqəmsal Marketinq – Bələdçi” adlı kitabın müəllifidir.