“Bitcoin” 1 260 dollara düşə bilər

  • 29 Yanvar, 2019 14:48
“Bitcoin” 1 260 dollara düşə bilər

İlk rəqəmsal kriptovalyuta olan “Bitcoin”nin məzənnəsi 2 400 ABŞ dollarına və hətta 1 260 dollara kimi azala bilər.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu “JP Morgan” investisiya bankının analitikləri deyir.

Onların fikrincə yaxın 3-5 ildə hətta blokçeyn-texnologiyaları belə bankların işinə əhəmiyyətli tövhə verə bilməyəcəklər.

Analitiklərə görə, son 6 ayda kriptobazara institusional oyunçuların cəlb olunması əhəmiyyətli dərəcədə aşağı düşüb və bu bazarda hazırda əksəriyyət individual investorlardır.

Hesabatda resessiya və ya maliyyə böhranın baş verəcəyi təqdirdə belə hələ də tranzaksiyalar və investisiyalar üçün daha likvid və asan ənənəvi alətlərin mövcud olması vurğulanır.