"Bitcoin" 10% ucuzlaşdı

  • 11 Yanvar, 2019 08:37

"Bitcoin"nin məzənnəsi son 24 saat ərzində 9,86% ucuzlaşaraq 3 655 ABŞ dolları olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 63,888 mlrd. dollara kimi geriliyib.

"Finans.az" xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 93%-i dəyərdən düşüb. Rəqəmsal valyuta bazarının toplam həcmi 121,955 mlrd. dollara kimi azalıb.

“Ripple”ın məzənnəsi 12,84% ucuzlaşaraq 0,329 dollar olub. Altkoinin bazar dəyəri 13,494 milyard dollar həddində qərarlaşıb.

"Ethereum" son sutkada 15,51% dəyər itirməklə 129 dolların altında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 13,365 milyard dollara düşüb. İlk onluqda dəyər qazanan yeganə altkoin “Thether” olub.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 08.30-a olan məlumatları aşağıdakı kimidir.