Bitcoin 1 500 dollara kimi ucuzlaşa bilər - Bloomberg

  • 19 Noyabr, 2018 12:49
Bitcoin 1 500 dollara kimi ucuzlaşa bilər - Bloomberg

Kriptovalyutalar bazarının enmə dinamikası davamlı ola, birinci rəqəmsal pul 1 500 ABŞ dollarına kimi ucuzlaşa bilər.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Bloomberg İntelligence”in analitiki Mayk Makqloun deyib.

O qeyd edib ki, “Nvidia” şirkətinin malyyə hesabatı bazar üçün son neqativ siqnallardan biri olub. Həmin hesabatda şirkət artıq məhsul həcmlərini açıqlayıb və 4-cü rübdə satışlar üzrə zəif proqnoz verib, analitik əlavə edir.