Bir ay ərzində paytaxtda ərzaq məhsulları ucuzlaşıb

  • 6 Avqust, 2019 15:33
Bir ay ərzində paytaxtda ərzaq məhsulları ucuzlaşıb

2019-cu ilin iyun ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayına nisbətən 0,4% ucuzlaşıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,9% bahalaşıb.

"Finans.az" xəbər verir ki, 2019-cu ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri may ayına nisbətən 1% ucuzlaşıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,2% bahalaşıb.

2019-cu ilin iyun ayında qeyri-ərzaq məhsullarının qiymətləri may ayına nisbətən 0,1% ucuzlaşıb, Hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,5% bahalaşıb.

2019-cu ilin iyun ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri may ayına nisbətən sabit qalıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 4,6% bahalaşıb.