Bir ay ərzində media ən çox bu sığorta şirkətlərindən danışıb - SİYAHI

  • 15 Mart, 2019 15:17
Bir ay ərzində media ən çox bu sığorta şirkətlərindən danışıb - SİYAHI

2019-cu ilin fevral ayı ərzində mediada adı ən çox hallanan sığorta şirkətlərinin siyahısı açıqlanıb.

"Finans.az" "Media Consulting&Services"ə istinadən xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Siyahıya əsasən adı mediada ən çox hallanan sığorta şirkətlərinin ilk beşliyi belə olub:

Bir ay ərzində media ən çox bu sığorta şirkətlərindən danışıb - SİYAHI

Belə ki, 230 sayla "AzSığorta" ilk pillədə yer alıb. 159 sayla "Atəşgah Sığorta" ikinci, 80 - "Atəşgah Həyat Sığorta" üçüncü, 77 - "Paşa Sığorta" dördüncü, 65 sayla isə "AXA MBASK" beşinci olub.