Bir ay ərzində 2,9 milyard manatı nələrə xərcləmişik? - SİYAHI

  • 12 Fevral, 2019 12:03
Bir ay ərzində 2,9 milyard manatı nələrə xərcləmişik? - SİYAHI

2019-cu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 2,9 milyard manata bərabər olub.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 1,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,4% 3,1% artıb.

Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olub:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2018-ci ilin yanvar ayına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi2 898,5102,7
o cümlədən:
ərzaq məhsulları1 283,1102,7
içkilər və tütün məmulatları 172,9100,1
toxuculuq məhsulları, geyim və ayaqqabılar508,5103,3
elektrik malları və mebellər177,5102,9
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları20,7103,2
əczaçılıq və tibbi mallar38,9103,5
avtomobil yanacağı164,6102,0
digər qeyri-ərzaq məhsulları 532,3103,4

2019-cu ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,3%-i ərzaq məhsullarının, 5,9%-i içkilər və tütün məmulatlarının, 17,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 19%-i ticarət müəssisələri, 50,4%-i fərdi sahibkarlar tərəfindən, 30,6%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 31,4% artmış, fərdi sahibkarlar üzrə 0,5%, bazar və yarmarkalarda 5% azalıb.

2019-cu ilin yanvar ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 293,8 manat və ya 2018-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları alıb.