Bəzi ölkələrdə "Google", “Youtube” və “Gmail”in işləməməsinin səbəbi açıqlanıb

  • 19 Dekabr, 2019 14:05
Bəzi ölkələrdə

Avropa optik magistral kabellərində irimiqyaslı qəza internet birləşmələrində fasilələrin yaranmasına səbəb olub”.

“Finans.az” xəbər verir ki, bu barədə “Ucom” açıqlama yayıb.

Bildirilib ki, “Google”un interaktiv xəritəsinə əsasən, Azərbaycan, Almaniya, Avstriya, Belarus, Böyük Birtaniya, İrlandiya, İtaliyanın şimalı, İsveçrə, Türkiyə, Macarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Gürcüstan və Ermənistanda 1,5 saat internetdə fasilələr yaranıb, “Google" sistemi, o cümlədən Gmail”, “Youtube”, “Google Analytics”, “Google Play” işləməyib.

Qeyd edilib ki, qəzanın nəticələri aradan qaldırılır.


Mənbə: report.az