Beynəlxalq təşkilat cəlb etdiyi pulu "TuranBank"a verəcək

  • 2 Avqust, 2019 17:37
Beynəlxalq təşkilat cəlb etdiyi pulu

Qara Dəniz Ticarət və İnkişaf Bankının ötən gün manatla yerləşdirdiyi istiqrazlar hesabına cəlb etdiyi vəsait “TuranBank” ASC-yə veriləcək.

"Finans.az" xəbər verir ki, bu barədə "TuranBank"dan bildirilib.

Məlumata görə, Bankla adı çəkilən beynəlxalq maliyyə institutu arasında 8 illik uğurlu əməkdaşlıq var. Odur ki, milli valyutada cəlb edilmiş vəsait “TuranBank” vasitəsilə sahibkarlığın inkişafına yönəldiləcək.