Beynəlxalq şirkətin Azərbaycan üzrə yeni meneceri fəaliyyətə başlayıb

  • 18 İyun, 2019 13:27
Beynəlxalq şirkətin Azərbaycan üzrə yeni meneceri fəaliyyətə başlayıb

“ICR Integrity” şirkəti, bu ilin əvvəlindən Orta Şərqdə 2 mln ABŞ dolları dəyərində olan neft və qaz, elektrik enerjisi, kimya və nüvə sənayelərinə inteqrasiya olunmuş xidmət və bütövlükdə həllər təklif edən layihənin icrasına başlayıb.

“Finans.az” xəbər verir ki, bölgədə fəaliyətini davamlı genişlənməsi məqsədi ilə qurumun region üzrə yeni satış meneceri təyin edilib.

ICR-ın yaydığı rəsmi məlumata görə, yeni satış üzrə meneceri vəzifəsinə Yan Ormeni (Ian Orme) təyinat alıb.

Qeyd edək ki, neft-qaz, elektrik enerjisi, kimya və nüvə xidmət və həllər təklif edən ICR Azərbaycan, BƏƏ, Səudiyyə Ərəbistanı və Omanda fəaliyətini genişləndirməyi planlaşdırır. Y.Orme şirkətin Mərkəzi Şərq və Xəzər regionunda satış fəaliyyətini həyata keçirəcək.


Mənbə: report.az