Beynəlxalq kovorkinlər şəbəkəsi "Kontel" startapı $400 milyon cəlb etdi

  • 22 Avqust, 2019 17:55
Beynəlxalq kovorkinlər şəbəkəsi

Beynəlxalq kovorkinlər şəbəkəsi "Kontel" son investisiya raundu çərçivəsində 400 milyon ABŞ dolları cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu raundun lideri Küveytin milli rifah fondunun investisiya bölməsi " Wafra" olub.

Yaradığı dövrdən bu günə kimi startap 560 milyon dollar cəlb edib. Onun qiymətləndirməsi 1 milyard dolları üstələyir.

"Kontel" 2016-cı ildə təsis edilib və Nyu-York, London, Paris, Berlin, Toronto, və dünyanın digər şəhərlərdə 200-dən çox korvorkinqə malikdir.